» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
KOKOSLU ÇATLAMIŞ PEÇENYE (22.06.2018 | 10:22)
Kokos şirniyyatlara xüsusi dad verir. Xəzinə.NeT kokoslu şirniyyat sevərlər üçün ləzzətli resept təqdim edir.

Kokoslu çatlamış peçenye üçün lazım olanlar:

2 ədəd yumurta

2 fincan şəkər tozu

1 paket marqarin

1 stəkan duru yağ

1 paket qabartma tozu

1 paket vanil

7 xörək qaşığı kakao

Apardığı qədər un

1 stəkan yarım süd

1 stəkan şəkər tozu

Hazırlanması:

Otaq istiliyində yumşalmış marqarini geniş bir qaba qoyun. 2 yumurtanı üzərinə qırın. Sıra ilə şəkər tozu, duru yağ, qabartma tozu, vanil və kakaonu əlavə edin. Bütün ləvazimatları əlinizlə yoğurun. (Nə çox sərt, nə də duru bir xəmir olmalıdır).Yoğurduğunuz xəmirdən qoz böyüklüyündə parçalar qoparın və onlara yuvarlaq forma verin. Peçenyeləri siniyə düzün və 180 dərəcəlik sobaya qoyun. Üzərləri çatlayana qədər bişirin. Peçenyeləri sobadan çıxarıb 2-3 dəqiqə gözləyin. Bu əsnada siz də bir qabın içində süd və şəkər tozunu qarışdırın. Xəfifi isinən peçenyeləri bu qarışıma batırıb çıxardıqdan sonra servis boşqabına yığın. Üzərini kokosla bəzəyin.

Nuş olsun!
0 505 Mətbəx 9 ay öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WseMir.Com - 2018

MobTop.az

Created: By_AsiM