» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
Günəş sistemində neçə planet var: 8 yoxsa 9? (22.06.2018 | 10:29)
Orta məktəb illərində öyrəndiyimiz bu mövzu, illər içərisində dəyişməyə uğradı deyə bilərik. Plutonun planetlikdən çıxarıldığı gündən bu yana da bir çox insan Günəş sistemində neçə planet olduğunu müzakirə mövzusu edib.

Bəziləri 8 planet var deyir, bəziləri də 9 olduğunu iddia edir. 8 və ya 9 planet iddiaları ilə yanaşı, böyük bir kütlə də saysız hesabda planetin olduğu fikirini daşıyır. Ancaq işin bir də elmi ölçüsü var. Yaxın zamanlarda elm insanları Plutonun kənarında yeni kiçik planetlər kəşf etdilər. Bundan sonra beynəlxalq astronomiya birliyi bir planetin nə olduğu sualına bir daha toxunmağa ehtiyac duydu. Planet nə idi və ya nə olması yertərli idi?

Xəzinə.NeT bildirir ki, əvvəlcə bir cisimə planet adını verə bilmək üçün həmin o cisimin qlobal bir quruluşa sahib olacaq qədər çox kütləyə sahib olması gərəkdir. Yəni daha açıq izah etmək lazım olsa, forma olaraq əyri yumuq bir quruluşa deyil, düz qlobal və mütənasib bir formaya sahib olması lazımdır. Digər bir faktor olaraq təxmin edəcəyiniz üzrə, başqa bir ulduzun ətrafında orbitdə dönməsi lazım idi. Nəticədə kosmosda başıboş gəzən bir cisimə planet deyilməzdi. Son olaraq dolandığı orbiti başqa bir planet ilə birlikdə istifadə etməməlidir.

Bütün bu şərtlər nəzərə alındığında Günəş sistemində 8 ədəd planet olduğu nəticəsi əldə edildi. Planet adları isə bu formdadır: Merkuri, Venera, Yer kürəsi, Mars, Yupiter, Saturn, Uran və Neptun. Gördüyünüz kimi "8 yoxsa 9?" müzakirəsinə verilə biləcək elmi cavab: 8-dir. "Pluton niyə bu siyahıdan çıxarıldı?", - deyə soruşsanız Pluton, bu şərtlərdən son bəhs edilənləri daşımır. Qlobal bir şəkli olan Pluton, eyni zamanda Günəşin ətrafında dolansa da bəhs etdiyimiz digər meyarlar Plutonla uyğun gəlmədiyi üçün cisimə planet sifəti verilməkdən imtina edildi.

Bu an üçün Pluton və bənzər cisimləri adlandırmaq üçün "kiçik planet" adı verilir. Pluton müzakirələrindən əvvəl fəza alimləri, Mars və Yupiter arasında iştirak edən asteroid qurşağında başqa bir planet bənzəri cisim tapmışlar idi. Seres adı verilən bu cisim əvvəlcə planet olaraq adlandırılmış olsa da, sonrasında yalnız bir meteor olduğu aydın olmuşdur.
0 660 Maraqlı 9 ay öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WseMir.Com - 2018

MobTop.az

Created: By_AsiM