» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
07.02.2018 Gündəlik Bürclər (7 Fevral 2018 Günlük Bürclər) (06.02.2018 | 22:32)
Qoç - Şəxsi həyatınızda önəmli dəyişikliklər etmək
istəyirsinizsə, bu gündən maksimum bəhrələnin. Aldığınız
təklifləri düşünmədən rədd etməyin. Axşam təzə xəbərlər
gözlənilir.
Buğa - Sevgi münasibətlərində bir qədər anlaşılmazlıqlar
mümkündür. Çalışın ki, bu amil mübahisə həddinə çatmasın.
Səhvlərinizi etiraf etməyi bacarın. Bunun sizə yalnız xeyri dəyə
bilər.
Əkizlər - Müntəzəm surətdə rastlaşdığınız şəxslərlə
davranışlarınıza fikir verin. Özünüzü mehriban aparın.
Qabiliyyətsiz adamlarla ünsiyyəti səngidin. Varlanmaq üçün
imkan qazanacaqsınız
Xərçəng - Ailə zəminində müəyyən xoşagəlməzliklər gözlənilsə də, bu, yalnız günün birinci yarısını əhatə edəcək. Nahardan sonra isə xoş təsadüflərlə rastlaşacaqsınız. Axşam qonaq getməyə çalışın.
Şir - Təzadlı bir gün yaşayacağınız gözlənilir. Ulduzlar sizə qarşı bir neçə istiqamətdən təzyiqlər olacağını, həmçinin perspektivli təkliflər alacağınızı bildirir.
Qız - Məqsədlərinizi reallaşdırmaqda tənbəllik edirsiniz. Bu isə Göy qübbəsinin xoşuna gəlmir. Özünüzdə təpər tapın. Başqalarına bel bağlamayın. Çünki bu dövranda heç nə boş-boşuna əmələ gəlmir.
Tərəzi - Bu təqvimi bürcünüz üçün həftənin ən düşərli günü kimi dəyərləndirmək olar. Ələlxüsus da əməkdaşlıq zəminində uğurlu məqamlarla rastlaşacaqsınız. Sizə aid olmayan işlərə müdaxilə etməyin.
Əqrəb - Risk etməkdən qorxmayın. Amma bilin ki, bu riski hansı məqsəd uğrunda edirsiniz. Başınızı qoruyun. Ulduzların düzümü şəxsi büdcənizdə müəyyən artımların olacağını bəyan edir.
Oxatan - Bir qədər gərgin gündür. Özünüzü istənilən təzyiq və təhlükələrdən qorumalısınız. Haqqınızın tapdanmasına yol verməyin. Yeri gəlsə, bu istiqamətdə sərt mövqe də nümayiş etdirin.
Oğlaq - Maddi firavanlığa qovuşmaq üçün geniş imkanlarınız var. Boş oturmağa çalışmayın. Pul qoxusu gələn istənilən ünvana və şəxsə müraciət edin. Qeybətcil adamlardan uzaq olun.
Dolça - Astroloji göstəricilər nə qədər yeni simalarla rastlaşsanız, bir o qədər nailiyyət qazanacağınızı bəyan edir. Əgər işlə bağlı məşğul deyilsinizsə, axşam mütləq qonaq gedin.
Balıqlar - İxtiyarınızda olan bu təqvimdə daha çox səhhətinizə fikir verməyinizə ehtiyac var. Nahardan sonra isə işgüzar sövdələşmələrə başlamaq, yeni əlaqələr yaratmaq xeyirlidir.
0 277 Bürclər 1 il öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WseMir.Com - 2018

MobTop.az

Created: By_AsiM