» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
Türkiyədə uşaq təcavüzçüləri xədim ediləcək - Hökumətdən açıqlama (01.07.2018 | 14:57)
Bir müddətdir Türkiyədə gündəmdə olan uşaq təcavüzçülərinin xədim edilməsi məsələsi bu yaxınlarda qanuniləşə bilər.

Xəzinə.NeT xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bildirib.

Uşaqların təcavüzə uğramasını vəhşilik adlandıran B.Bozdağ bildirib ki, təcavüzçülərə kimyəvi xədimetmə tətbiq olunacaq:

"Bu zamana qədər müxtəlif tədbirlə gördük. Qarşıdakı zamanda bunları yenidən nəzərdən keçirəcəyik və cəzaları ağırlaşdıracağıq. Kimyəvi xədim üsulu da icra ediləcək".

Qeyd edək ki, kimyəvi xədim kimi tanınan üsul hər hansı cərrahi müdaxilə olmadan müxtəlif dərmanlar istifadə edilərək aparılır. Kimyəvi xədimliyə məruz qalan şəxsin testosteron hormonu azalır və cinsi istəyi sıfırlanır.
0 588 Son Xəbər 9 ay öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WseMir.Com - 2018

MobTop.az

Created: By_AsiM