» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
Fədayə Laçından yeni xəbər var (01.07.2018 | 15:16)
Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digər 12 nəfərin ittiham aktı ilə tanışlıq mərhələsi başlayıb.

Xəzinə.NeT xəbər verir ki, bu barədə F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib.

Onun sözlərinə görə, ötən gündən etibarən Bakı İstintaq Təcridxanasında müvəkkili cinayət işi ilə tanış olur.

Vəkil söyləyib ki, F.Laçın barəsində başqa ittiham irəli sürülməyib, müğənni özünü qismən təqsirli bildiyini deyib.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
0 584 Maqazin 8 ay öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WseMir.Com - 2018

MobTop.az

Created: By_AsiM