» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
Arvadını öldürənə 18 il cəza istədilər (13.10.2018 | 11:31)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

WseMir.Com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Vüqar Quliyev çıxış edib.

O, Z.Rəsulovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, bu il martın 29-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Zamin Rəsulov ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Natəvanı bıçaqla qətlə yetirib. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Z.Rəsulov tutulub.
0 589 Son Xəbər 6 ay öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WseMir.Com - 2018

MobTop.az

Created: By_AsiM