» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
Gürcüstanda çətənə festivalı keçirilə bilər (13.10.2018 | 11:36)
Gürcüstanda keçiriləcək prezident seçkilərində “Qirçi” partiyasından namizəd olan Georgi Caparidze Tbilisidə çətənə festivalı keçirmək niyyətindədir.

WseMir.Com Gürcüstan KİV-ə istinadla xəbər verir i, müxalif hərəkatının üzvləri tədbiri seçkilərə bir həftə qalmış oktyabrın 20-də şəhərin mərkəzi parklarından birində keçirməyi planlaşdırır.

“Qirçi” partiyasının bəyanatında deyilir: festivala azadlığın vacib olduğu bütün vətəndaşlar gəlməlidir. Tədbir zamanı çətənənin satılması da istisna edilməyib.

“Mən vətəndaş itaətsizliyinin növbəti aktını təşkil etmək niyyətindəyəm”, - Caparidze bəyan edib.

Qeyd edək ki, “Qirçi” partiyasını maraqlı təşəbbüsləri və qərarları ilə məşhurdur. Partiya marixuananın və fahişəliyin leqallaşdırılması ilə bağlı bəyanatlar səsləndirib.
0 601 Son Xəbər 6 ay öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WseMir.Com - 2018

MobTop.az

Created: By_AsiM