» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
Qız güləşçimiz Olimpiadada Azərbaycana medal qazandırdı (14.10.2018 | 14:45)
Azərbaycan güləşçisi Şahanə Nəzərova
monqolustanlı Enxzul Batbaatara 7:6 hesabı ilə qalib gələrək Olimpiadanın bürünc medalını qazandı.

Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan daha bir medal qazanmağa yaxındır.

WseMir.Com xəbər verir ki, güləşçimiz Şahanə Nəzərova (43 kq) mübarizəyə start verib.

B qrupunda yer alan Şahanə ilk görüşdə braziliyalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Nigeriyalı güləşçi də təmsilçimizə müqavimət göstərə bilməyib. Ancaq üçüncü görüşdə Şahanə son dünya çempionatının finalında uduzduğu amerikalı güləşçiylə bacarmayıb.

Ruhdan düşməyən Nəzərova qrupdakı son qarşılaşmasında fransalı rəqibinə qalib gələrək B qrupunu II yerdə tamamlayıb. Bu isə o deməkdir ki, Şahanə bir neçə saatdan sonra A qrupunda II yeri tutan həmkarı ilə bürünc medal uğrunda görüşəcək.

Qeyd edək ki, Azərbaycan bundan öncə aktivinə bir qızıl, bir gümüş və bir bürünc medal yazdırıb.
0 499 Son Xəbər 6 ay öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WseMir.Com - 2018

MobTop.az

Created: By_AsiM