» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
21 Oktyabr 2018 bürclər (20.10.2018 | 23:22)
Qoç - Ulduzlar süst olduğunuzu göstərsə də, ümidsizləşməməli, həyata nikbin nəzərlərlə baxmalısınız. Planetlərin müsbət konfiqurasiyası bu təqvimdə yeni layihələri müzakirə etməyi məsləhət görür.

Buğa - Əgər səhhətiniz qaydasındadırsa, başqa məsələlərdə nigarançılıq çəkməyəcəksiniz. Nahar ərəfəsində aldığınız dəvətlərdən imtina etməyə çalışın. Qiymətli əşyalarınızı qoruyun.

Əkizlər - Bu gün enerjiniz zəif olsa da, perspektivlərinizlə bağlı apardığınız bütün sövdələşmələr uğurlu olacaq. İşgüzar görüşlərdən qaçmayın. Bu təqvim alqı-satqı üçün də düşərlidir.

Xərçəng - Adətən ilin bu çağlarında mütləq səhhətlə bağlı problemlə üzləşirsiniz. Bunu nəzərə alıb qeyri-ənənəvi işlərdən uzaq olun. Keçmişdə baş verən münaqişələrin müzakirəsindən çəkinin.

Şir - Başqalarının adınızdan istifadə etməsinə imkan verməyin. Çalışın ki, öz işinizə özünüz qərar verəsiniz. Səhhətinizə fikir verməyi tövsiyə edən ulduzlar varlanacağınızı da bildirir.

Qız - Maddi rifahınız normal olsa da, münasibətlər zəminində müəyyən sıxıntılarla üzləşə bilərsiniz. Bu isə son vaxtlar güzəştə getməməyinizdən doğur. Nahardan sonra qonaqlıq gözlənilir.

Tərəzi - Bu gün zehni işləri azaldıb daha çox dincəlməlisiniz. Fəaliyyətə isə ümumiyyətlə, ara verməyiniz məsləhətdir. Günün ikinci yarısını ailə-sevgi münasibətlərinə həsr edin.

Əqrəb - Maraqlı görüşləriniz gözlənilir. Ola bilsin ki, həsrətində olduğunuz şəxslərlə rastlaşasınız. Saat 14-17 arası yeni işlərlə bağlı səmərəli sövdələşmələriniz də mümkündür.

Oxatan - Nahara qədər bütün ciddi işləri təxirə salın. Yoxsa gərginlikdən qurtula bilməyəcəksiniz. Bədxah insanlarla rastlaşma ehtimalınız olduğundan bacardığınız qədər təmkin göstərin.

Oğlaq - Büdcənizdə artım etmək üçün imkan qazana bilərsiniz. Bu səbəbdən də alacağınız əmanətləri əldə etmək üçün ciddi addımlar atın. Bu gün “çağrılmamış qonaq” rolunda çıxış etməyin.

Dolça - Olduqca rəvan bir gündür. Çoxsaylı və maraqlı hadisələrlə rastlaşacaqsınız. Amma acıdil adamların atmacalarına təmkinlə yanaşmalısınız. İki sürpriz də gözlənilir.

Balıqlar - Fiziki cəhətdən zəiflədiyinizdən fəaliyyət barədə az düşünün. Hansısa riskli işə baş qoşmağa dəyməz. Saat 15-dən sonra şəxsi büdcənizdə müəyyən artımlar gözlənilir. Səfərə çıxmayın.
0 135 Bürclər 5 ay öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WseMir.Com - 2018

MobTop.az

Created: By_AsiM