» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
Həbsxanada yer olmadığı üçün qatil azadlığa buraxıldı (21.10.2018 | 09:30)
Ukraynada barəsində qanuni hökm qüvvəyə minən yeniyetmə qatili azadlğa buraxılıb.

WseMir.Com xəbər verir ki, bu barədə ölkənin Baş prokurorunun müavini Yevgeniy Yenin “Facebook” səhifəsində yazıb.

O təəccüblə qeyd edib ki, buna səbəb kimi islah müəssisəsində boş yerin olmaması göstərilib. Yeninin sözlərinə görə, qətlə yetirilənin qohumları azadlıqda gəzən qatillə üz-üzə gəldikdə və izahat üçün hüquq mühafizə orqanlarına müraciət etdikdə, məhz belə izahat eşidiblər.

Hadisədə iştirak edən Ukraynanın polis əməkdaşları barəsində xidməti araşdırma başladılıb. Bundan əlavə, ölkənin bütün regionlarında cəzaçəkmə müəssisələrində yoxlamalar aparılacaq. Qalmaqala səbəb olan qatil isə artıq dəmir barmaqlıqlar arxasına göndərilib.
0 190 Son Xəbər 2 ay öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WseMir.Com - 2018

MobTop.az

Created: By_AsiM