» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
Mahaçqalada dünya çempionu istirahət edənləri güllələdi (18.11.2018 | 19:20)
Dağıstanda Rusiya qvardiyasının leytenantı güllələnib.

WseMir.Com xəbər verir ki, qətldə əlbəyaxa döyüş üzrə dünya çempionu şübhəli bilinir.

Hadisə Mahaçqalanın “Best” gecə klubunda, hərbçinin dostları ilə dincəldiyi zaman baş verib.

“Sərxoş gənclər arasında mübahisə yarandı. Bu zaman onlardan biri tapança çıxararaq iki nəfərə atəş açdı”, - agentliyin mənbəyi bildirib.

“Təcili yardım” gələnə qədər Rusiya qvardiyasının leytenantı dünyasını dəyişib. Onun tanışı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və polisə ifadə verib.

Atəş açan şəxs cinayət yerindən qaçıb və hazırda axtarılır.
0 429 Son Xəbər 4 ay öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WseMir.Com - 2018

MobTop.az

Created: By_AsiM