» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
Kələmdən salat da hazırlamaq olar - FƏRQLİ DAD (29.01.2018 | 19:05)
Qış fəslinin ən çox istifadə edilən tərəvəzlərindən olan kələmdən sağlıqlı və ləzzətli salat hazırlaya bilərsiniz. Xəzinə.Net kələm salatının hazırlanma qaydasını təqdim edir.

Ərzaqlar:

Yarım kələm

2 ədəd kök

Yarım dəstə cəfəri

2 ədəd xiyar

1 kasa qoz

1 kasa qatıq
1 kasa mayonez

Hazırlanması:

Əvvəlcə kələmi, xiyarı, cəfərini, kökü nazik şəkildə doğrayın.

Qozu iri dənəli şəkildə üyüdün. Daha sonra doğradığınız kələmi duzla yumşalana qədər ovun. Qozla bərabər bütün ərzaqları bir qabın içərisində töküb, mayonez və qatığı əlavə edərək, yaxşıca qarışdırın. Üzərini nar dənələri ilə bəzəyərək servis edə bilərsiniz.

Nuş olsun!
0 265 Maqazin 1 il öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WseMir.Com - 2018

MobTop.az

Created: By_AsiM