» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
Portağallı keks belə hazırlanır (29.01.2018 | 19:28)
Çay saatlarını dadlı şirniyyatla bəzəmək hamımızın ürəyincə olar.Bu dəfə sizə portağallı keks reseptini təqdim edirik.

Lazım olanlar:

3 ədəd yumurta

1 stəkan yarım şəkər tozu
1 ədəd portağal (suyunu və rəndələnmiş qabığını istifadə edəcəyik)
1 stəkan duru yağ
Yarım stəkan süd
1 stəkan yarım un
1 paket vanil
1 paket qabartma tozu

1 çay qaşığı darçın (zövqə görə)

Hazırlanma qaydası:

3 yumurtanı geniş bir qaba qırın. Üzərinə şəkər tozunu töküb köpənə qədər çalın. Portağalı əvvəlcə sıxın, ardından qabıqlarını rəndələyin. Un, vanil və qabartma tozundan başqa bütün ərzaqları əlavə edib qarışdırın. Ardına unu, vanili, qabartma tozunu birlikdə əlavə edib, qarışdırmağa davam edin. Həmçinin istəsəniz, darçını qarışıma əlavə edin. Portağallı keksinizin çiy qalmaması üçün nə çox duru, nə də çox qatı olmayan bir xəmir hazırlayın. Əldə etdiyiniz qarışımı yağlayıb unladığınız keks qəlibinə boşaldın.

Portağallı keksinizi sobaya qoymazdan öncə sobanızı 150 dərəcədə əvvəlcədən isitməlisiniz.

Təxminən 40 dəqiqədən sonra bişib bişmədiyinə yaxşıca əmin olmaq üçün keksi kibrit çöpü ilə yoxlayın. Əgər çöpdə xəmir qalmasa, deməli, keksiniz hazırdır. İstəsəniz, portağallı keks dilimlərinizin üzərinə pudra şəkəri səpərək də servis edə bilərsiniz.

Nuş olsun!
0 277 Mətbəx 11 ay öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WseMir.Com - 2018

MobTop.az

Created: By_AsiM