» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
Qarın ağrılarının xəritəsi - Evdə müayinə (30.01.2018 | 18:43)

Qarın nahiyəsindəki ağrıları bu xəritə ilə analiz et
Evdə özünü müayinə et, amma həkimə getməyi unutma


Qarnınızda baş verən sancı, tutma şəkilli ağrıların yerini xəritəyə əsasən tapıb, səbəbini tapa bilərsiz.
1-Bu hissədə ağrı öd kisəsi iltihabı, öd daşı, mədə xorası, mədəaltı vəzi problemlərində baş verir.
2-Göbəyin üstündəki ağrı sırf mədə, epiqastral yırtıq, turşuluq artıran reflyuks, mədəaltı vəzin iltihabı zamanı
3-Bu hissədə ağrı 12barmaq bağırsaq xorası, iltihabı, öd yollarının tutulması, mədəaltı vəzi xəstəliklərində olur
4-Bu rəqəm yazılan hissədə ağrı qəbizlik, bel yırtığı, onurğa, öd daşı, sidik yollarının yuxarı hissəsinin iltihabı zamanı yaranır
5-Göbək nahiyəsində ağrı appendiks, mədəaltı vəzi quyruq hissəsinin deformasiyası, şişi, göbək yırtığı, mədə xorasının əlamətidir.
6- Bu nahiyədə ağrının səbəbləri: öd daşı, divertikulyar xəstəlik, qəbizlik, bağırsaq iltihabı, bağırsaq polipi, şişi və s.
7- Bu nahiyədə ağrı varsa: appendiks, qəbizlik, böyrək infeksiyaları, ginekoloji problemləri yoxladın
8- Bu rəqəmin düşdüyü yerdə sidik kisəsi və yollarının infeksiyası, appendiks, yoğun bağırsağın iltihabı, ginekoloji problemlər, divertikulyar xəstəlik ola bilər
9- Bu yerdə ağrılar – divertikulyar xəstəlik, aşağı çanaq orqanlarının problemi, onurğa yırtığı, böyrək xəstəlikləri, ginekoloji problemlərin siqnalıdır
Vacib: bu xəritə sizə sadəcə nədən şübhələnə biləcəyinizi göstərir. Həmin nahiyəni azca sıxmaq, yüngülcə basmaqla ağrının gücləndiyini görsəniz və ağrı 3-5 gündən çox davam etsə həkimə gedin. Ağrını yola verməyin. Adi qarın ağrısı çox zaman böyük problemlərin siqnalı ola bilər.
0 468 Sağlamlıq 1 il öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WseMir.Com - 2018

MobTop.az

Created: By_AsiM