» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
Kənd təsərrüfatı məhsullarının istehsalçıları öz məhsullarını onlayn rejimdə sata biləcək (01.07.2018 | 14:38)
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları öz məhsullarını evdən çıxmadan ölkənin istənilən nöqtəsində müştərilərə sata biləcək. Bunu "aqrar.az" onlayn platforması vasitəsilə etmək mümkün olacaq.

Xəzinə.NeT xəbər verir ki, layihənin rəhbəri Ülkər Seyidova Trend-ə bildirib ki, yeni yaradılmış portal kənd təsərrüfatı məhsullarının satışı prosesini mərkəzləşdirməyə və sadələşdirməyə imkan verəcək:

"Sahibkarlar pulsuz qeydiyyatdan keçməklə məhsulların satışı barədə məlumatı şəkillərlə birlikdə yerləşdirə bilərlər. Satıcılar üçün məhsulun yerləşdirildiyi müddət ərzində qiyməti dəyişmək imkanı nəzərdə tutulub".

Ü.Seyidovanın sözlərinə görə, saytda ilkin, emal olunmayan məhsul yerləşdirilir. Elanları ölkənin istənilən regionunun sakinləri yerləşdirə bilər.

O əlavə edib ki, layihə malların çatdırılmasını nəzərdə tutmayıb:

"Logistika məsələləri ilə şirkətlər özləri məşğul olur, portalın əsas vəzifəsi isə alıcını satıcı ilə əlaqələndirməkdir".
0 160 Cəmiyyət 6 ay öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WseMir.Com - 2018

MobTop.az

Created: By_AsiM