» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
Baş ağrısı Nədir ? (31.03.2018 | 00:41)
Baş ağrısı baş ya da boyun nahiyyəsindən başlayan, dəyişik bölgələrə yayılan ağrı olaraq tanınır. Xəstə tərəfindən zonquldayıcı, basıcı, bəzən də küt ağrı olaraq hiss edilir. İNSAN BEYNİ AĞRINI HİSS ETMİR. Bu ağrılar baş və boyun nahiyyəsində olan damar, əzələ, saçlı dəridən və beyni örtən qişalardan qaynaqlanan ağrıdır. Baş ağrısının ən az 300 növü və səbəbi olduğu söylənilir.

Baş ağrısı 3 qrupa bölünür:
1. Birincili başağrı (Primary başağrı)
2. İkincili başağrı (Secondary başağrı)
3. Nevralgik ağrılar

PRİMARY başağrısı - Ən çox yayılan başağrısıdır və 3 növü vardır:
- Gərginlik başağrıları
- Miqren
- Klaster (küme) başağrısı

- Gərginlik başağrısı - daha çox boyun və başın ətrafında, gicgahlarda bir basınc hissi, sıxılma kimi hiss edilir. Xəzinə.NeT bildirir ki, səbəbi stres və yorğunluq nəticəsində yaranan gicgah əzələlərinin spazm olunmasıdır. İstirahət və yatdıqdan sonra ağrılar azalır. Bu ağrılar zamanı ürəkbulanma olmur.
- Miqren başağrısı - əsasən başın bir tərəfini tutan zonquldayıcı ağrıdır. Bu tip ağrılar işıqda və səsdə artır, ürəkbulanma, bəzən də qusma ola bilir.Yuxusuzluq, ac qalma, yorğunluq, stres bu ağrını yarada və artıra bilir. Ağrı bir neçə sutka davam edə bilir.
- Klaster başağrısı - şiddətli başağrısıdır.Daha çox kişilərdə rast gəlir.Ağrı bir neçə saat çəkə bilir.Göz nahiyyəsində olur və gözdə yaşarma,gızarma ilə seçilir.Bu tip ağrısı olan xəstələr bir yerdə dura bilmir,daima hərəkətdə olub ağrını azaltmağa çalışırlar.

SECONDARY başağrılar hər hansı bir səbəbdən yaranır. Anidən ortaya çıxır, ağrıkəsici dərman qəbulundan azalmır və ağrının şiddəti getdikce artır. Əsasən başın eyni yeri ağrayır. Bədənin bir hissəsində keyləşmə, gücsüzlük, görmə pozulması müşahidə oluna bilir. Sinuzit, beyin içinə qansızma, meningit, beyin şişi, kəllə beyin travması, yuxu apnoesi, yüksək təzyiq kimi xəstəliklərin nəticəsi olaraq əmələ gələ bilir. Bu tip şikayəti olanlar insanların mütləq müayinədən keçmələri məsləhətdir.

NEVRALGİK ağrılar daha çox üçlü sinir ve oksipital sinir nevralgiyalarıdır. Oksipital nevralgik ağrılar daha çox başın arxa hissəsindən başlayan və önə doğru irəliləyən xronik ağrı sindromudur. Üçlü sinir nevralgiyası olan xəstələr üzün bir hissəsində elektrik çarpması hiss edirlər. Çeynəmə və udma zamanı ağrı baş verə bilir, bir neçə dəqiqəyə qədər davam edir.
0 238 Sağlamlıq 9 ay öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WseMir.Com - 2018

MobTop.az

Created: By_AsiM